"Ronaldoya xidmət etmək lazımdır"

"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Pol İns klubun hücumçusu Kriştiano Ronaldonun çıxışını şərh edib .

Newsport.az "Daily Mail"ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun əsəbi göründüyünü deyib: "Bunu onun hərəkətlərindən də görmək olar. Ronaldo xoşbəxt görünmür. Mən onu günahlandırmıram. Turnir cədvəlinin aşağı pilləsində qərarlaşan “Bernli” ilə oynayırlar, o isə ehtiyat oyunçular skamyasında oturur..

Ronaldo qayıdacaq, vacib qollar vuracaq. Çempionlar Liqasında bunu etsə, təəccüblənmərəm. Onun sayəsində “Mançester Yunayted” turnirin 1/8 finalına yüksəlib. Ronaldoya xidmət etmək lazımdır. Onun 37 yaşı var. Onun  oğlan kimi qaçmasını gözləmək olmaz. Topu cərimə meydançasına çatdırın və o, qol vuracaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right