Ronaldu "Mançester Yunayted"ə qayıtdığı üçün məyus olub

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted" klubuna qayıtdığı üçün məyus olub.

Newsport.az "Daily Star"a istinadən xəbər verir ki, 37 yaşlı hücumçu komandasını dəyişmək üçün agenti Jorje Mendeşlə danışıqlar aparır.

İddiaya görə, təcrübəli forvardın qərarında klub rəhbərliyinin yeni baş məşqçi seçimi həlledici rol oynayacaq. Hazırda komandaya rəhbərlik edən Ralf Ranqniklə dil tapa bilməməsi onun formasına əhəmiyyətli dərəcədə təsir edib.

Qeyd edək ki, Kriştianu Ronaldu ardıcıl 5 oyundur qol vura bilmir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right