Klublararası dünya çempionatında ilk finalçı bilindi

Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bu, Braziliya "Palmeyras"ıdır. Komanda yarımfinalda Misirin  "Əl-Əhli" klubuna qalib gəlib. Cənubi Amerika təmsilçisinin heyətində qolları 39-cu dəqiqədə Rafael Veyqa və 49-cu dəqiqədə Dudu vurublar.

"Palmeyras"ın finaldakı rəqibi Səudiyyə Ərəbistanının "Əl-Hilal" və İngiltərənin "Çelsi" klubları arasında fevralın 9-u keçiriləcək digər yarımfinal matçının qalibi olacaq. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right