“Bayern” “Leyptsiq”ə qalib gəldi

Futbol üzrə Almaniya Bundesliqasında 21-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Herta” doğma meydanda “Bohum”u qəbul edib. Komandalar bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib. “Arminiya” doğma meydanda Mönxenqladbax “Borussiya”sı ilə qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Auqsburq” “Union Berlin”i, “Köln” “Frayburq”u, “Maynts” isə “Hoffenhaym”ı məğlub yola salıb. Beş qolun qeydə alındığı “Ştutqart” – “Ayntraxt” matçı isə qonaqların qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi matçında lider “Bayern” “Leyptsiq”lə qarşılaşıb. Bu oyunda da qapılara beş qol vurulub və sonda Münhen təmsilçisi qələbə qazanıb.

Dortmund “Borussiya”sı “Bayer”lə, “Volfsburq” isə “Qroyter”lə üz-üzə gələcək.

Almaniya Bundesliqası, 21-ci tur

4 fevral

Herta – Bohum 1:1
Qol: Belfodil, 23 – Polter, 48.

5 fevral

Arminiya – Borussiya M 1:1
Qol: Serra, 19 – Plea, 38.

Auqsburq – Yunion 2:0
Qol: Qreqoritş, 16. Han, 59.

Köln – Frayburq 1:0
Qol: Modeste, 23.

Maynts – Hoffenhaym 2:0
Qol: Sunq, 79. Nyakate, 83.

Ştutqart – Ayntraxt 2:3
Qol: Anton, 42. Kaladziç, 70 – Ndikko, 7. Hrustiç, 47; 77.

Bayern – Leyptsiq 3:2
Qol: Müller, 12. Levandovski, 44. Qvardiol, 58-öz qapısına – A.Silva, 27. Nkunku, 53.

6 fevral

18:30 Borussiya D – Bayer
20:30 Volfsburq – Qroyter

Bombardir: Robert Levandovski (“Bayern”) – 23 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right