Cerdan Şakiri mövsümün sonunda "Lion"dan ayrıla bilər.
Newsport.az-ın məlumatına görə, onun karyerasını MLS-də davam etdirmək variantı var.
Liqa 1 təmsilçisinin mətbuat xidmətin isveçrəli yarımmüdafiəçiyə ABŞ-ın "Çikaqo Fayr" klubu ilə danışıq aparmaq icazəsi verib.
Şakiri keçən yay "Liverpul"dan "Lion"a keçib. Onun fransızlarla 2024-cü ilin yayına qədər müqaviləsi var.