"Mançester Siti" müdafiəçi ilə yeni müqavilə imzaladı

İngiltərənin "Mançester Sİti" klubunda yeni müqavilə qeydə alınıb.

 

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi portuqaliyalı müdafiəçi Joao Konselo ilə yeni sözləşmə imzalayıb. 27 yaşlı sağ cinah müdafiəçisi 2027-ci ilin yayınadək "şəhərlilər"in uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, Joao Konselo "Mançester Siti"yə 2019-cu ilin yayında "Yuventus"dan transfer olub. Portuqaliya millisinin üzvü cari mövsümdə meydana çıxdığı 30 oyunda 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right