Premyer Liqa klubu baş məşqçisi ilə yeni müqavilə imzaladı

İngiltərənin "Brentford" klubu baş məşqçi Tomas Frankla yeni müqavilə imzalayıb.

 

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi danimarkalı mütəxəssis və onun köməkçisi Brayan Rimerin sözləşməsinin müddətini uzadıb. Yeni müqaviləyə əsasən 48 yaşlı məşqçi 2025-ci ilin yayına kimi "arılar"ı çalışdıracaq.

 

Qeyd edək ki, Tomas Frank 2018-ci ildən "Brentford"un baş məşqçisidir. Komanda onun rəhbərliyi altında Premyer Liqaya yüksəlib.

 

23 turdan sonra 23 xal toplayan "Brentford" İngiltərə Premyer Liqasında turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right