Renat Dadaşov oynadı, komandası uduzdu

Portuqaliya Premyer Liqasında 19-cu turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” doğma meydanda “Vizela” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 2:3 hesablı məğlubiyyətlə ayrılıb.

Renat da bu görüşün iştirakçısı olub. O, matçın 82-ci dəqiqəsində meydana buraxılıb.

“Tondela” 19 turdan sonra 17 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right