"İnter"in uzun müddətdi transfer etmək istədiyi Rolandayo daha bir İtalyan klubu olan "Roma" elçi çıxıb.Newsport.az.az xəbər verir ki, bu mövsüm transfer dövründə Salihi ,Eşli Kolu, İturbeni transfer edən "Roma", "Porto"nun müdafiəçisi Rolandoya elçi düşüb. İtalyan mətbuatının verdiyi xəbərə görə, "Roma"nın idman direktoru olan Volter Sabatini "Porto" ilə transfer görüşmələrini davam etdirir. "Roma"dan öncə isə "İnter" Rolando üçün təyin edilən 10 milyon avro qiyməti aşağı salmaq istəmiş, amma buna nail olmamışdı.
28 yaşlı Portuqaliyalı oyunçu keçən mövsüm "İnter"də icarə əsasında oynayıb və 29 oyunda meydana çıxmışdı.