"Qalatasaray"ın prezidenti Podolskiylə anlaşdıqlarını açıqladı

"Qalatasaray"ın prezidenti Dursun Özbək "1905 Kültür ve Sanat Dərnəyi"nin təşkil etdiyi iftar yeməyinə qatılıb. 

Newsport.az-ın məlumatına görə, istanbul klubunun rəhbəri bir müddətdi adı "Cim Bom"la hallanan "Arsenal"ın forvardı Lukas Podolskinin transferi ilə bağlı açıqlama verib:

"Podolskini "Qalatasaray"da görməyi çox istəyirik. Onunla böyük ölçüdə anlaşmışıq".

Məlumatda bildirilir ki, alman futbolçu ilə 3 illik razılıq əldə olunub. "Qalatasaray" Podolskiyə hər oyun üçün bonuslarla birlikdə illik 3,5 milyon avro verəcək.

Təcrübəli hücumçu hazırda Antalyada istirahət edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right