Ötən ilin ən yaxşı almaniyalı futbolçusu bəlli olub

2021-ci ilin ən yaxşı almaniyalı futbolçusu bəlli olub.

Newsport.az xəbər verir ki, Almaniya yığmasının və "Bavariya"nın yarımmüdafiəçisi Yozua Kimmix bu ada layiq görülüb.

27 yaşlı yarımmüdafiəçi azarkeşlər arasındakı sorğuda 33,8 faizlə birinci olub. İngiltərənin "Çelsi" klubundan Kay Haverts (22,7 faiz) ikinci olubsa, "Bavariya"dan Leroy Sane (13,6 faiz) "üçlüy"ü tamamlayıb.

Qeyd edək ki, 2020-ci ildə "Bavariya"nın qapıçısı Manuel Noyer ən yaxşı oyunçu adına sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right