Dieqo Kosta azad agent oldu

Braziliyalı hücumçu Dieqo Kosta “Atletiko Mineyro” klubundan ayrılıb.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı futbolçu klubla müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.

Kosta “Atletiko Mineyro” ilə bu mövsüm Braziliya A Seriyasını və ölkə kubokunu qazanıb. O, bu komanda ilə 19 matçda 5 qol vurub.

Kostanın karyerasına Avropada davam edəcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right