Qazaxıstanlı futbolçu ilə əlaqə itib

Moskvanın SSKA klubunun  qazaxıstanlı futbolçusu Baxtiyer Zaynutdinovla əlaqə itib.

Newsport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda onun agenti Yevgeni Novikov bildirib.

Qeyd edək ki, yanvarın 2-dən etibarən Qazaxıstanın müxtəlif şəhərlərində iğtişaşlar başlayıb. Zaynutdinovun istirahət üçün dekabrda vətəninə getdiyi bildirilir.

Futbolçunun agenti deyib ki, 2 gündür onunla əlaqə qura bilmir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right