Qvardiola koronavirusa yoluxdu

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola koronvirusa yoluxub.

 

Newsport.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb. Qvardiola ilə birlikdə onun köməkçisi Xuan Manuel Lilyonun da COVİD-19 testinin nəticəsi pozitiv çıxıb.

 

Qeyd edək ki, "Mançester Siti" İngiltərə Kubokunda aşağı liqa təmsilçisi "Suindon Taun"la qarşılaşacaq. Matç 7 yanvar tarixində baş tutacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right