Cokoviçin deportasiyası təxirə salındı

Avstraliya federal məhkəməsi serbiyalı tennisçi Novak Cokoviçin yanvarın 10-dək ölkədə qalmasına icazə verib. 

Newsport.az xəbər verir ki, məhkəmə Cokoviçin iddiasını təmin edib.Nəticədə 35 yaşlı idmançı yanvarın 10-dək Melburnda qalacaq. Həmin tarixdə isə Cokoviçlə bağlı yekun qərarını verəcək. Cokoviçin Avstraliyadan deportasiya ediləcəyi gözlənilir.

Xatırladaq ki, ötən gün Novak Cokoviçin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurmasına görə vizası ləğv edilib. O, hazırda ölkədə sığınacaq axtaranların məskunlaşdığı "The Park Hotel"ə yerləşdirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right