"Legiya" Mahirsiz toplaşdı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” qış təlim-məşq toplanışına başlayıb.

Newsport.az Varşava təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün klubun bazasında bir araya gəlib.

Yalnız "Legiya"dan ayrılacağı gözlənilən Mahir Emreli komanda ilə birlikdə deyil. Komanda sabah hazırlıq üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yollanacaq. Orada 3 yoxlama görüşü keçirəcək “Legiya” yanvarın 22-də Polşaya qayıdacaq.

Qeyd edək ki, Mahir Emreli “Legiya” ilə müqaviləsinə xitam verilməsi üçün kluba müraciət edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right