"Trabzonspor" "Başakşəhər"dən Edin Vişçanı transfer edir

"Trabzonspor" "Başakşəhər"in yarımmüdafiəçisi Edin Vişçanı transfer etmək üçün danışıqlara başlayıb.

 

Newsport.az xəbər verir ki, Qara dəniz təmsilçisi bu keçid üçün 3,5 milyon avro təzminat ödəməyə hazırdır. 31 yaşlı futbolçuya 2,5 illik müqavilə təklif edilib. Tərəflərin tezliklə razılaşacağı gözlənilir.

 

Vişça 2011-ci ildən "Başakşəhər"də çıxış edir. Bosniyalı futbolçu İstanbul klubunda keçirdiyi 398 oyunda 110 qol vurub, 118 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right