"Liverpul" "Arsenal"la oyunun təxirə salınması üçün müraciət etdi

"Liverpul" İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsində "Arsenal"la keçiriləcək oyunun təxirə salınmasını istəyir.

 

Newsport.az xəbər verir ki, Mersisayd təmsilçisi qarşılaşmanın ləğv edilməsi üçün federasiyaya müdariət edib. Bu barədə "qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.

 

"Liverpul"un tələbinin səbəbi komandada koronavirusa yoluxma hallarının artmasıdır. Bu səbəbdən Premyer Liqa təmsilçiçisinin məşq bazası bağlanıb, əsas komandanın hazırlığı təxirə salınıb.

 

Qeyd edək ki, "Arsenal" - "Liverpul" matçı sabah Bakı baxtı ilə 23:45-də baş tutmalıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right