Mahir Emrelinin komandası "Bazel" və "Lokomotiv"lə oynayacaq

Millimizin forvardı Mahir Emrelinin formasını geyindiyi "Legiya"nın BƏƏ-nin Dubay şəhərindəki təlim-məşq toplanışındakı rəqibləri məlum olub.

Newsport.az-ın məlumatına görə, Varşava klubu yanvarın 12-də “Bazel” (İsveçrə), 15-də “Lokomotiv” (Plovdiv, Bolqarıstan), 19-da isə “Krasnodar” (Rusiya) ilə üz-üzə gələcək.

22-nə qədər Dubayda olacaq "Legiya" ölkəyə qayıtdıqdan sonra da Polşada 2 yoxlama görüşü keçirəcək. Komanda "Tixi" (28 yanvar) və “Radomyak”la (29 yanvar) oynayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right