"Antalyaspor" daha bir supertransferə hazırlaşır.
Newsport.az-ın məlumatına görə, uzun müddətdir Ronaldiniyonu heyətinə qatmaqda israrlı olan "Antalyaspor" rəhbərliyi bir neçə gün öncə futbolçunun menceri ROberto Assis ilə masaya oturaraq transferi danışıblar. Danışıqdan sonra razılığın əldə olunduğu deyilir. Dünən isə Ronaldinyo "instagram"da "Hamıya salam. Türkiyəyə gəlirəm" deyə video paylaşıb.
"Antalyaspor" ötən mövsüm aşağı liqadan Türkiyə Super Liqasına vəsiqə qazanıb. Bir neçə gün əvvəl isə Samuel Etoo ilə müqavilə imzalamışdı.