Ukrayna klubu üçün 2021-ci ilin hadisələri: "Qarabağ"ın yeni transferi

Ukraynanın “Minay” klubu ötən ilin ən yaxşı 10 hadisəsini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, klub üçün 10 ən yaxşı hadisədən 3-ü Azərbaycan millisinin üzvləri Rüstəm Əhmədzadə və Anatoli Nuriyevlə bağlıdı.

Belə ki, “Minay” üçün ən yaxşı 3-cü hadisə Ukrayna Premyer Liqasının 6-cı turunda “Şaxtyor”la 1:1 oynadıqları görüş olub. Klub məhz millimizin forvardı Rüstəm Əhmədzadənin vurduğu qolla Donetsk klubu ilə görüşdən 1 xalla ayrılmışdı:

"Bəli, bu matç yeganə heç-heçədi. Amma komandanın avqustun 29-da “Avanaqrd” stadionunda etdikləri klubun tarixinə düşüb. Bu Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısı ilə elə-belə bərabərlik deyil. Bu, “Minay”lıların Ukraynanın istənilən klubu ilə bərabər səviyyədə oynaya biləcəyini anladığı gün idi. Həm də klub Ukrayna futbolunun əzəmətli rəqiblərindən biri ilə qazandığı xaldı. 

5-ci pillədə isə Rüstəm Əhmədzadənin “Qarabağ”a keçidi qeyd olunub: “Əvvəllər də “Minay”dan daha güclü klublara keçən futbolçular olub. Amma Rüstəm Əhmədzadənin “Qarabağ”a keçidi klub tarixində ilk tam hüquqlu transferdi. Özü də avrokuboklarda çıxışı edən kluba ilk transferdi. “Rus” üçün darıxacağıq. Amma ona yeni səviyyədə uğurlar arzulayırıq.

Klub üçün 10 əsas hadisədən 6-cısı isə Əhmədzadə və Anatolu Nuriyevin Azərbaycan millisindəki debütüdü: “Bu il nəhayət ki, “Minay” futbolçuları da milli səviyyədə oynamağa başladı. Nuriyev ilk dəfə Azərbaycan millisində oynadı. Sonra isə Rüstəm Əhmədzadə bunu təkrarladı".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right