Klublararası dünya çempionatının iştirakçılarından biri dəyişdi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək klublararası dünya çempionatının iştirakçılarından biri dəyişib.

Newsport.az-ın məlumatına görə, Yeni Zelandiya təmsilçisi “Oklend Siti” mundialda iştirakdan imtina etmək məcburiyyətində qalıb.

Buna koronavirus pandemiyası səbəb olub. Belə ki, pandemiya səbəbindən “Oklend Siti” ölkədən kənara çıxa bilməyəcək. Onların əvəzinə DÇ-də Taiti təmsilçisi “Pirae” iştirak edəcək.

Qeyd edək ki, klublararası dünya çempionatı 3-12 fevral aralığında keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right