Premyer Liqa klubu ukraynalı futbolçu transfer etdi

İngiltərənin "Everton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi Ukraynanın "Dinamo" klubundan Vitaliy Mikolenkonu transfer edib. 22 yaşlı sol cinah müdafiəçisi ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb. Ukrayna millisinin üzvü Liverpul təmsilçisində 19 nömrəli formanı geyəcək.

Qeyd edək ki, Vitaliy Mikolenko cari mövsümdə Kiyev "Dinamo"sunun heyətində meydana çıxdığı 15 oyunda 3 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right