"Liverpul"un 3 futbolçusunda koronavirus aşkarlandı

İngiltərənin "Liverpul" klubunda koronavirusa 3 yeni yoluxma qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Yurgen Klopp məlumat verib. Alman mütəxəssis komandanın üç futbolçusunda və bir neçə işçisində koronavirus aşkarlandığını bildirib.

Qeyd edək ki, "Liverpul" Premyer Liqanın 21-ci turu çərçivəsində sabah səfərdə "Çelsi"nin qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right