"Legiya"nın baş məşqçisi: "Mahir təlim-məşq toplanışında mütləq bizimlə olacaq"

"Legiya"nın baş məşqçisi  Aleksandr Vukoviç azərbaycanlı futbolçu Mahir Emreli haqda danışıb.

Newsport.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis Polşa mətbuatına verdiyi açıqlamada millimizin üzvünün Dubayda baş tutacaq təlim-məşq toplanışında komanda ilə birlikdə olacağını deyib:

"Mahirlə qısa, amma çox pozitiv görüşümüz oldu. O, təlim-məşq toplanışında mütləq bizimlə olacaq. Ümid edirəm ki, toplanışdan sonra da komandada qalacaq. Çünki o, bizim üçün dəyərli futbolçudur".

Qeyd edək ki, Polşa çempionatının 18-ci turunda "Visla" (Plotsk) ilə oyundan (0:1) sonra "Legiya" azarkeşlərinin komandanın avtobusuna hücumu nəticəsində Mahir Emreli ilə Lukinyas xəsarət alıb. Həmin hadisədən sonra Mahir Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right