"Arsenal"ın baş məşqçisi Mikel Arteta koronavirusa yoluxub.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, ispan mütəxəssisin karantinə alındığı bildirilib. Bu səbəbdən onun İngiltərə Premyer Liqasında yanvarın 1-i keçiriləcək "Mançester Siti" ilə oyunu buraxacağı bildirilib.
Qeyd edək ki, dekabrın 28-də keçirilməli olan olan “Arsenal” – “Vulverhempton” Premyer Liqa matçı qonaq komanda arasında koronavirusun yayılması səbəbindən təxirə salınmışdı.