"Çelsi"nin baş məşqçisi Premyer Liqanı tənqid edib

İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Tomas Tuxel Premyer Liqa rəhbərliyini tənqid edib.

Newsport.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis "Aston Villa"nı səfərdə 3:1 hesabı ilə məğlub etdikləri XIX tur oyununda əvəzetmələrin sayından şikayətlənib.

Çempionatda 5 əvəzetmədən istifadənin gərəkliyini söyləyən almaniyalı baş məşqçi sıx qrafiklə oynadıqlarını da vurğulayıb: "Qışda yalnız biz oynayırıq. Bunu bəyənirəm, amma futbolçuları qorumuruq. Bütün digər çempionatlarda beş əvəzetməyə icazə verilir. Sonra isə Çempionlar Liqasında onların klubları ilə oynayırıq".

Tuxel dekabrın 29-da XX turda "Brayton"la üz-üzə gələcəklərini xatırladıb: "Fiziki cəhətdən çətin matç olacaq. Sonra avrokuboklardan kənarlaşdırılan, bütün diqqətini Premyer Liqaya və Liqa Kubokuna verən "Tottenhem"lə iki görüşümüz olacaq".

Qeyd edək ki, "Çelsi" Premyer Liqada 41 xalla "Liverpul"la birlikdə 2-3-cü yerləri bölüşdürür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right