Türkiyə I Liqasında XIX turun oyunları start götürüb.
Newsport.az-ın məlumatına görə, milli komandamızın futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" bu gün səfərdə "Menemen Belediyyespor"un qonağı olub.
Bursa təmsilçisinin yeni baş məşqçisi Tamer Tunanın debütn matçı 0:0 hesabı ilə başa çatıb.
Start heyətdə meydana daxil olan Ələskərov 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, 18 turdan sonra 19 xal toplayan "Bursaspor" hazırda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.