"Bavariya"dan braziliyalı üçün 50 milyon avro

"Bavariya" qış transfer pəncərəsi zamanı heyətini yeni futbolçu ilə gücləndərməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisini İngiltərənin "Lids Yunayted" klubunun yarımüdafiəçisi Rafinyaya "elçi düşüb". Almanlar 25 yaşlı vinger üçün Premyer Liqa təmsilçisinə 50 ilyon avro ödəməyə hazırdı.

Qeyd edək ki, Rafinya "Lids Yunayted" 2020-ci ilin yayında Fransa "Renn"indən keçib. Braziliyalı futbolçu cari mövsümdə "Lids Yunayted" forması ilə meydana çıxdığı 16 oyunda 8 qol və 1 asistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right