Arsenal"ın baş məşqçisi Arsen Venger maraqlı açıqlamalar verib.Newsport.az xəbər verir ki, fransalı mütəxəssis Frank Lempardın yeni transfer olunduğu "Nyu York Siti" klubundan "Mançester Siti"yə icarəyə verilməsi haqda danışıb.
Təcrübəli çalışdırıcı bu hadisəni sürpriz kimi dəyərləndirib: "Futbolçunun yeni transfer olunduğu klubdan başqa komandaya icarəyə verilməsi gözlənilməz bir şeydi. Ona görə də Lempardın Mançester klubuna icarəyə verilməsini sürpriz adlandırmaq olar".
2001-ci ildən "Çelsi"də çıxış edən Lempard bu il "Nyu York Siti"yə transfer olunub. O, ABŞ klubunun heyətində heç bir oyun keçirməmiş Premyer Liqa klubuna icarəyə verilib.