"Çelsi"nin 3 aparıcı futbolçusunda koronavirus aşkarlandı

İngiltərənin "Çelsi" klubunun 3 futbolçusu koronavirusa yoluxub.

 

Newsport.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Tomas Tuxel məlumat verib. Covid-19 testi pozitiv çıxanlar Romelu Lukaku, Timo Verner və Kallum Hadson-Odoydur. Karantinə alınan oyunçular Premyer Liqanın 17-ci turunun "Everton"la matçında (1:1) iştirak etməyiblər.

 

"Çelsi"nin almaniyalı yarımmüdafiəçisi Kay Havertsində koronavirusa yoluxmaq şübhəsi var. Tuxelin verdiyi məlumata görə, özünü yaxşı hiss etməyən 22 yaşlı futbolçunun test cavabı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right