"Qalatasaray"ın sabiq futbolçusu ölkəsində qaldı

Braziliya millisinin və "Qalatarasay"ın sabiq futbolçusu Felipe Melonun yeni komandası müəyyənləşib.

Newsport.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi "Fluminense" ilə anlaşıb.

Klub rəhbərliyi artıq təcrübəli oyunçu ilə razılıq əldə olunduğunu bildirib.

​2011 - 2016-cı illərdə "Qalatasaray"ın formasını geyinmiş Felipe Melo son olaraq ölkəsinin "Palmeyras" klubunda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right