Rüfət əsas komandada növbəti matça çıxdı, "Şalke" "Nürnberq"i darmadağın etdi

Almankiya II Bundesliqasında 17-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin keçmiş hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Şalke" doğma meydanda "Nürnberq"i qəbul edib. Qarşılaşma Gelsenkirxen təmsilçisinin 4:1 hesablı qələbəsiylə başa çatıb.

Rüfət də bu görüşün iştirakçısı olub. 30 yaşlı forvard 89-cu dəqiqədə meydana daxil olub.

Xallarını 29-a yüksəldən "Şalke" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right