U-19-un rəqibləri məlum oldu

19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, püşkdə B liqasında yer alan Azərbaycan milli komandasının A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacağı rəqibləri də müəyyənləşib. Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz 1-ci qrupda Şimali İrlandiya, Farer adalar və Malta komandaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları gələn ilin 6-12 aprel tarixlərində təşkil olunacaq. Qrup oyunlarının hansı ölkədə keçiriləcəyi ilə bağlə saytımızda məlumat veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right