Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.
Newsport.az xəbər verir ki, E qrupunda “Bavariya” son turda “Barselona”nı qəbul edib. Görüş münhenlilərin qələbəsilə başa çatıb.
Bununla da “Barselona” pley-off mərhələsinə adlaya bilməyib. Kataloniya klubu Avropa Liqasında iştirak edəcək.
“Bavariya” – “Barselona” 3:0
Qollar: Müller 34, Sane 43, Musiala 62