"Bu gün yeni era, yeni mərhələyə başlayır" Xavi

"Rəqibdən üstün olmaq istəyirdik. Ancaq hər şey əksinə oldu. Özümüzdən ən yaxşısını tələb etməliyik. Çünki biz "Barselona"yıq. Bu məğlubiyyət başqa turnirlərdə dinamikanı dəyişmək üçün bizim üçün dönüş anı olmalıdır. Rəqabətə davamlı deyildik. Amma bu, Çempionlar Liqasıdır".

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Bavariya"ya 0:3 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.

Çempionlar Liqasında E qrupunu 3-cü pillədə başa vuraraq Avroliqada mübarizəyə davam etdirəcək klubun çalışdırıcısı daha sonra bildirib: "Bu gün yeni era və yeni mərhələ başlayır. Əsəbiyəm, amma bu, bizim reallığımızdır. Bu durumu qəbul etməliyik. Biz sıfırdan başlayırıq. Bir çox şeyi dəyişdirməliyik. "Barselona" üçün xoş olmasa da, artıq Avropa Liqası bizim gerçəyimizdir. Burada mübarizə aparmağa davam edəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right