"Milan" Çempionlar Liqası tarixində qrup mərhələsində ən pis nəticə göstərən ikinci İtaliya komandası olub.
Newsport.az xəbər verir ki, bu, A seriyası təmsilçisinin ötən gecə qrup mərhələsinin 6-cı turunda "Liverpul"a uduzmasından sonra qeydə alınıb. Komanda ümumilikdə 4 xal toplayaraq turnir cədvəlində sonuncu yeri tutub və mübarizəni dayandırıb. Beləliklə, "Milan" Çempionlar Liqasında ən pis nəticə göstərən ikinci İtaliya komandası kimi tarixə düşüb.
Daha əvvəl "Roma" 2004/05 mövsümündə qrup mərhələsində 1 xal toplayıb.
Qeyd edək ki, "Milan"ın yer aldığı B qrupunda "Liverpul" və "Atletiko" 1/8 finala adlayıb.