"Hazırkı futbolçulara qarşı hörmətsizlik etmək istəmirəm, amma burada çempionları görmürəm"

"Roma"nın sabiq hücumçusu Françesko Totti komandanın uğursuz çıxışına münasibət bildirib.


Newsport.az xəbər verir ki, "Roma" əfsanəsi Joze Mourinyoya vaxt verilməli olduğunu deyib: Söhbət "Roma"dan gedirsə, emosiyalar güclü olur. Komanda ən yaxşı günlərini yaşamır. Amma buna dözə bilmirsənsə, "Roma" azarkeşi deyilsən.

Mourinyoyaya bir az vaxt verək. Əminəm ki, o da fanatlara sevinc bəxş etmək istəyir. Ancaq kuboklar qazanmaq üçün güclü oyunçular lazımdı. Hazırki oyunçulara qarşı hörmətsizlik etmək istəmirəm. Sadəcə burada çempionları görmürəm. Sadəcə olaraq, müəyyən şəraitdə uğur qazana biləcək yaxşı komanda var".

Totti 1992-2017-ci illər arasında "Roma"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right