Baş məşqçi açıqladı: "Fənərbaxça"nın müdafiəçisi "Çelsi"də

"Fənərbaxça"nın macarıstanlı futbolçusu Atilla Szalay karayerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

 

Newsport.az xəbər verir ki, 23 yaşlı müdafiəçinin xidmətində "Çelsi" maraqlıdır. Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi gənc futbolçunun London təmsilçisinə transferinin bitdiyini deyib:

 

"İspaniyadakı önəmli komandalar Atillanı təqib edirdi. Amma mənə elə gəlir ki, "Çelsi" bu transferi bitirib, razılıq əldə olunub".

 

Qeyd edək ki, Atilla Szalay bu mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 21 matçda 2 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right