Namik Ələsgərov növbəti qolunu vurdu

Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Namik Ələskərovun komandası “Bursaspor” növbəti matçına çıxıb.

Bu komanda səfərdə “Dənizlispor”la qarşılaşıb.

Ələsgərovun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib. Bursalıların 40-cı dəqiqədə vurduğu ikinci qolun müəllifi də məhz Ələskərov olub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right