Fati daha 2 həftə oynamayacaq

"Barselona"nın futbolçusu Ansu Fati ən az 2 həftə  daha meydana çıxmayacaq. 

Newsport.az-ın məlumatına görə, bu barədə AS məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi hələ də zədəsini bərpa edə bilməyib. Bu səbəbdən o, komandanın məşqlərinə də qatılmır. Fati Çempionlar Liqasının 6-cı turunda "Bavariya" ilə görüşü də buraxmalı olacaq. Onun ən yaxşı halda 2 həftə sonra "Elçe" ilə qarşılaşmada oynayacağı bildirilib.

Qeyd edək ki, Ansu La Liqanın 13-cü turunda "Selta" ilə görüşdə sıradan çıxıb. 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right