“Borussiya” “Bayern”ə evdə uduzdu

Futbol üzrə Almaniya Bundesliqasında 14-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında son turlarda uğursuz çıxış edən “Leyptsiq” Berlində “Yunion”un qonağı olub. Qonaqlar bu oyunda da məğlubiyyətə üzülüblər.

Turun mərkəzi görüşündə lider “Bayern” səfərdə ən yaxın izləyicisi Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı matç Münhen təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Münhenqladbax “Borussiya”sı isə “Frayburq”u sınağa çəkəcək.

Almaniya Bundesliqası, 14-cü tur

3 dekabr

Yunion – Leyptsiq 2:1
Qol
: Avoniyi, 6. Baumqartl, 57 – Nkunku, 13.

4 dekabr

Arminiya – Köln 1:1
Qol:
Lasme, 59 – S.Özcan, 17.

Auqsburq – Bohum 2:3
Qol:
Qreqoritş, 57. Kaliciuri, 86 – Polter, 23; 45+2. Holtmann, 40.

Bayer – Qroyter 7:1
Qol:
Adli, 12. Tapsoba, 17. Hinkapye, 45. Şik, 49; 69; 74; 76 – Dudjyak, 33.

Maynts – Volfsburq 3:0
Qol
: Burkardt, 2. Stax, 4. Lakrua, 90-öz qapısına.

Borussiya D – Bayern 2:3
Qol
: Brandt, 5. Haland, 48 – Levandovski, 9; 77-pen. Koman, 44.

5 dekabr

18:30 Ştutqart – Herta
20:30 Borussiya M – Frayburq





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right