"Legiya"nın baş məşqçisi: "Mahirin problemi beynindədi"

Polşanın "Legiya" klubunun baş məşqçisi Marek Qolebiyevski Mahir Emreli haqda danışıb.

Newsport.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis komandanın hücumçularının probleminin beyinlərində olduğunu bildirib. O, Emreli və Pexartın hər vəziyyətdən yararlanmalı olduğunu deyib:

"Mahir Emreli və Tomaş Pexartın problemi beyinlərindədir, çünki çox düşünürlər. Onlarla danışıram, suallar verirəm. Hücumçunun beyni həmişə təmiz olmalıdır. Nəyin bahasına olursa olsun, qol vurmalı olduğunu düşünməkdənsə, hər vəziyyətdən yararlanmağa çalışmalıdır. Ümid edirəm ki, bu dəyişəcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right