“Qızıl top”u sən qazanmalı idin” Messi

Ötən gecə “Qızıl top”a layiq görülən PSJ-nin futbolçusu Lionel Messi mükafat uğrunda mübarizədə 2-ci olan “Bavariya”nın oyunçusu Robert Levandovskini təbrik edib. 

Newsport.az xəbər verir ki, 34 yaşlı hücumçu polşalı forvarda “Qızıl top”u qazanmağa layiq olduğunu deyib: 

“Sən “Qızıl top”a layiqsən. Hamı razıdır ki, mükafatı keçən il sən qazanmalı idin”.

Xatırladaq ki, ötən il koronavirus pandemiyası səbəbindən “Qızıl top” mükafatı heç kimə verilməmişdi. 

Əlavə edək ki, Messi karyerasında 7-ci dəfə “Qızıl top”a layiq görülüb.

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah