"Mançester Yunayted" yeni baş məşqçisini açıqladı

"Mançester Yunayted" yeni baş məşqçisini açıqlayıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Ralf Ranqnikə çalışdıracaq.

Almaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. 63 yaşlı məşqçi bu vəzifədə Ule Qunnar Sulşeri əvəzləyib.

Qeyd edək ki, Ranqnik "Ştutqart", "Şalke", "Hoffenyam", "Hannover" və "Leyptsiq" klublarında baş məşqçi kimi çalışıb. O, son olaraq Moskva "Lokomotiv"inin idman və inkişaf departamentinin rəhbəri olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right