"Legiya" azarkeşləri polisləri döydülər

“Legiya” azarkeşləri UEFA Avropa Liqasının qrup mərhələsinin “Lester”lə İngiltərədəki oyunu zamanı 12 polisi döyüblər.

 

Newsport.az xəbər verir ki, Polşa klubunun fanatları yerli “Lester” azarkeşlərinin olduğu tribunaya girərək, onlarla dalaşmaq istəyiblər. Ancaq polislər onların qarşısını kəsib.

 

Baş vermiş toqquşmada “Legiya”nın 7 fanatı saxlanılıb.

 

Qeyd edək ki, “Lester” “Legiya”nı 3:1 hesabı ilə məğlub edib. Polşa klubunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli forma geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right