Henninq Berq: "Qarabağ" üstün oynadı, düşünmürəm ki, qələbə qazana bilərdik"

Kiprin "Omoniya" komandasının baş məşqçisi Henninq Berq Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə,, Berq, 2:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Yaxşı oyun oldu. "Qarabağ"ın gücünü bilirdik. Lider olmaq istəyirdilər. Müdafiədə etibarlı oynadıq. Yaxşı qol imkanlarımız oldu. Komandamın göstərdiyi oyun ruhundan çox razı qaldım. İkinci qolumuz gözəl idi. Hər dəfə belə qollar vurulmur".

- Bugünkü oyunun idarəçiliyinə şərh verə bilərsiz?
- Hakimlər haqda danışmaq istəmirəm. Hakimləri qiymətləndirmək mənim işim deyil.

- "Qarabağ", yoxsa "Bazel" qrup lideri olmağa layiqdir? 
- Şadam ki, hər iki komandayla səfər oyununda xal qazanmışam. "Qarabağ"la ilk oyunda açıq futbol göstərmişdik. "Bazel"lə oyunun son dəqiqəsində penaltimiz verilsəydi, qələbə qazanacaqdıq. Ümumiyyətlə, hər iki komandanı bərabər gücdə sayıram.

- Bu oyuna əsas heyətdə 10 dəyişikliklə çıxmağınız nə dərəcə düzgün idi?
- Bəzən belə gedişlərə əl atmalı oluruq. Bugünkü heyətdən çox razı qaldım.

- Nəticə ədalətlidirmi?
​- Hakimlər haqda çox danışmaqdan istəmirəm. "Qarabağ" ikinci hissənin böyük qismini üstün oynadı. Düşünmürəm ki, qələbə qazana bilərdik (gülür). Komandam çox güclü rəqibə qarşı oynadı. Buradan heç-heçə ilə ayrılırıq. Özümüzü şanslı sayıram.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah