"Ayaks"ın futbolçusu Borna Sosa İngiltərə Premyer Liqasında çıxış edəcək.
Newsport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Kristal Pelas" xorvatiyalı sol cinah müdafiəçisinin transferini yekunlaşdırıb. London klubu "Ayaks"a 4 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Borna Sosa ötən mövsüm icarə əsasında "Torino"nun formasını geyinib. Xorvatiya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində 20 oyun keçirib.