“Sabah” – “Çelye” oyununa satılmış biletlərin sayı bəlli oldu

Bakıda “Sabah” və Sloveniyanın “Çelye” komandası arasında keçiriləcək UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Newsport.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Onun sözlərinə görə, hələlik qarşılaşmaya 3000 bilet satılıb. (Report)

Qeyd edək ki, “Sabah” – “Çelye” matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right