ABŞ millisinin üzvü "Atletiko"ya keçir

"Betis"in yarımmüdafiəçisi Conni Kardoso "Atletiko"ya keçəcək.

Newsport.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Madrid klubu amerikalı futbolçu üçün qarşı tərəfə 30 milyon avro təzminat ödəyəcək. 23 yaşlı dayaq yarımmüdafiəçisi "Atletiko" ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, ABŞ millisinin üzvü olan Conni Kardoso ötən mövsüm "Betis"in heyətində keçirdiyi 46 oyunda 4 qol vurub, 1 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right